Amnistiya Aktı 15 450 nəfərə şamil edilib
Amnistiya Aktı 15 450 nəfərə şamil edilib
"Amnistiya Aktı 15 450 nəfərə şamil edilib". Bunu Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin rəisi Malik Ələkbərov nazirlikdə keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, onlardan 8 626 nəfər cəzadan tam azad edilib: "6 490 nəfərin cəza müddəti isə azaldılıb. Amnistiya Aktı Penitensiar Xidmət üzrə 5 971 məhkuma şamil edilib. Onlardan 2 710 nəfəri azadlıqdan mərhum olunub".
O qeyd edilib ki, 8626 nəfər cəzadan azad edilib, 6489 nəfərin cəzası azaldılıb, 332 nəfərin cinayət təqibinə xitam verilib.
Malik Ələkbərov onu da deyib ki, Amnistiya aktı 735 qadına, 45 yetkinlik yaşına çatmayana, 491 nəfər 60 yaşına çatmış şəxsə, 83 əcnəbi vətəndaşa şamil edilib.
Soydasaz.kepenekci.net