Gənclərin motivasiya problemlərinə həsr olunmuş tədbir keçirilib

image

 Stimul Təhsil Mərkəzinin nəzdində fəaliyyət göstərən Tətbiqi Psixologiya Məktəbinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə Nizami Kino Mərkəzində görüşü keçirilib. Görüşdə açılış nitqi ilə Tətbiqi Psixologiya Məktəbinin layihə rəhbəri Xara Babayeva çıxış edərək, məktəblə bağlı geniş məlumat verib. 

Layihənin reallaşmasında xüsusi payı olan STİMUL Təhsil Mərkəzinin təsisçisi və direktoru Namiq Veysəl seminar-görüş iştirakçılarına göstərdikləri diqqətdən dolayı minnətdarlığını bildirib. O, STİMUL-un layihələri və fəaliyyət istiqamətləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Daha sonra Tətbiqi Psixologiya Məktəbinin pedaqoqları Uğur Reabilitasiya Mərkəzinin rəhbəri Kəmalə Əliyeva və Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, Psixologiya Elmi-Tədqiqat İnstitunun əməkdaşı, psixoloq Əli Xəlilov “Gənclərin Motivasiya Problemi, Şəxslər Arası Münasibətlər “ mövzusunda dəyərli fikirlərini tələbələrlə bölüşüblər. Həmçinin onlara ünvanlanan sualları səmimi şəkildə cavablandıran psixoloqlar bu görüşdən məmnunluğunu ifadə ediblər. 

Görüşün aktiv iştirakçıları simvolik hədiyyələrlə təltif olunublar.

Soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti