Nazarbayevin qardaşı oğlu dövlətə 1,45 milyard dollar qaytarıb
Nazarbayevin qardaşı oğlu dövlətə 1,45 milyard dollar qaytarıb
Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı dövlətə 650 milyard təngə (1,45 milyard dollar) vəsait qaytarıb.
Soydas.az APA-nın Mərkəzi Asiya müxbirinə istinadən xəbər verir ki, Kayrat Satıbaldı aldatma, etibardan sui-istifadə etməklə əmlaka ziyan vurma, başqasının əmlakını oğurlama, mənimsəmə maddələri üzrə ittiham olunub.
2022-ci ilin mart ayında həbs edilən Kayrat Satıbaldı 6 il müddətinə azadlıqdan məhrum edilib.
Soydasaz.kepenekci.net