Dəyanət Osmanlı: “Prezident seçkilərinin böyük coşqu və inamla keçəcəyinə əminəm”
Dəyanət Osmanlı: “Prezident seçkilərinin böyük coşqu və inamla keçəcəyinə əminəm”
“Ölkəmizdə builki Prezident seçkilərinin böyük coşqu və inamla keçəcəyinə əminəm. Çünki bu, artıq torpaqlarını erməni işğalından azad etmiş, XXI yüzildə ilk dəfə müharibədə Zəfərə atmış bir dövlətin Prezident seçkiləridir. Uzun illər məşəqqətlər yaşamış Azərbaycan xalqı bu gün dünyada başını dik tutub siyasət yürüdən dövləti ilə fəxr etməlidir. Mən bir yazar, jurnalist və QHT sədri olaraq Prezident seçkilərinin əhmiyyətinə bu istiqamətdən yanaşıram”.
Bu sözləri “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlı QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, Təşkilat həmişə ictimai-siyasi, mədəni proseslərdə dövlətçilik və millilik mövqeyini qoruyaraq iştirak edib, dəyərləndirib və fəaliyyəti üçün nəticə çıxarıb: “Qloballaşmanın dünyada təsirlərindən, əsaslarından biri də milli bağların üzə çıxması və xalqların öz kökü, kimliyi üzərində inkişafıdır. Bu gün Türk dövlətlərinin birlik olaraq təşkilatlanması da bu qəbildən olan gerçək hərəkatdır. Və bu işdə Azərbaycannın xidməti böyükdür. Ona görə də, seçici artıq müəyyən təcrübəyə malik, gerçəyi və öz səsini qiymətləndirən, gələcəyin hesabını düşünən vətən insanı olaraq bu seçkilərdə həvəslə iştirak edəcəkdir deyə bilərik”.
Soydasaz.kepenekci.net