KİV: Kobaxidze Gürcüstanın yeni Baş naziri olacaq

image

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze əvəz edə bilər.

Soydas.az xəbər verir ki, bu barədə Gürcüstanın hakimiyyətə yaxın “İmedi” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, partiyanın yanvarın 24-də keçirilmiş siyasi şurasının iclasında İrakli Qaribaşvilinin partiyanın sədri, İrakli Kobaxidzenin isə Baş nazir təyin edilməsi qərara alınıb.
Sözügedən qərarın fevralın 1-də bəyan ediləcəyi bildirilib. APA

Soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti