Azərbaycan, Türkiyə, Gürcüstan müdafiə nazirlərinin görüşü keçiriləcək

image

Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.

Soydas.az APA-nın Tbilisi müxbirinə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri İrakli Çikovani Tbilisidə səfərdə olan Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşü zamanı bildirib.

Gürcüstan MN-in məlummatına görə, görüş zamanı Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının vacibliyinə diqqət çəkilib.

İrakli Çikovani müdafiə nazirlərinin bu formatda görüşünün bu il Gürcüstanda keçiriləcəyini vurğulayıb.

Soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti