SEPAH-ın generalı öldürüldü
SEPAH-ın generalı öldürüldü
İsrail aviasiyası Suriyanın paytaxtında yerləşən İran səfirliyi və konsulluq binasına zərbə endirib.
İran Press TV hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Məhəmməd Rza Zahidinin həlak olduğunu yazıb.
“Tasnim” isə Zahidinin müavini, SEPAH generalı Məhəmməd Hadi Hacı Rəhiminin də öldüyünü bildirib.
Zahidi 2005-2008-ci illərdə İran İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı olub, 2008-2016-cı illərdə isə SEPAH-ın Əl-Qüds xüsusi təyinatlılarının Livan və Suriyadakı bölmələrinə komandanlıq edib. Zahidi 2007-ci ildə Tehranın nüvə proqramı ilə bağlı BMT Təhlükəsizlik Şurasının sanksiyalar tətbiq etdiyi şəxslər siyahısındadır.
Qeyd edək ki, zərbə nəticəsində 5 nəfərin öldüyü, 12 nəfərin yaralandığı bildirilib. Ölənlər arasında diplomatlar da var. /Axar.az/
Soydasaz.kepenekci.net