Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib
Rusiya prezidenti Vladimir Putin Sergey Şoyqunu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edib. Putin Nikolay Patruşevi başqa işə keçməsi ilə Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edib.
Bu barədə TASS məlumat yayıb.
Rusiya Prezidenti Vladimir Putin Şoyqunun yerinə müdafiə naziri postuna Andrey Belousovu təklif edib.
Xatırladaq ki, 7 mayda Putinin andiçmə mərasimindən sonra Nazirlər Kabineti tam tərkibdə istefaya gedib. 10 mayda isə Dumanın təsdiqini aldıqdan sonra Putin Mixail Mişustinin yenidən baş nazir təyin edib.
Soydasaz.kepenekci.net