Xankəndiyə prokuror təyin edilib
Xankəndiyə prokuror təyin edilib
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Rəşadət Orucov Xankəndi şəhər prokuroru vəzifəsinə təyin edilib.
Rəşadət Orucov əvvəllər Mingəçevir şəhər prokurorluğunun müstəntiq və böyük müstəntiqi, Tovuz rayon prokurorluğun böyük müstəntiqi, Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin böyük prokuroru vəzifələrində çalışıb. Son 5 il ərzində Yasamal rayon рrоkurorunun müavini vəzifəsində işləyib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 May 2024-cü il tarixli Sərəncamı ilə Xankəndi şəhər prokurorluğu yaradılıb.
Soydasaz.kepenekci.net