Dmanisidə Heydər Əliyevə həsr edilmiş inşa müsabiqəsi keçirilib

image

Gürcüstanda fəaliyyət göstərən Dmanisi Tədris Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş “Heydər Əliyev ömür yolu” adlı inşa müsabiqəsi keçirilib.

Soydas.az xəbər verir ki, münsiflər heyətinin tərkibinə Mərkəzin müəllimləri Vasif Həsənov, Azərbaycan dili müəlliməsi Nigar Seyidova və Elza Süleymanova daxil olub.

Münsiflər heyəti tərəfindən Dmanisi Tədris Mərkəzinin fəal üzvü, 7-ci sinif şagirdi Umayra Həsənova 40 nəfərədək şagirdin qatıldığı inşa müsabiqəsinin qalibi elan edilib. Münsiflər heyəti inşada Heydər Əliyevin mənalı həyat yolunun dolğun təsvir olunduğunu və bütövlükdə mövzunun əhatə edildiyini bildirib.

Nigar Seyidova Azərbaycanın bu gün şərəfli anlar, tarixi günlər yaşamasının səbəbi olan, Azərbaycan dövlətinin yaradıcısı Heydər Əliyev kimi Ümummilli Liderinin olması ilə fəxr etdiyini söyləyib.

“Qeyd etmək lazımdır ki, inşa yazı müsabiqəsinin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar olaraq onun zəngin irsinin və ideyalarının böyüməkdə olan gənc nəsil tərəfindən öyrənilməsidir”, - deyə Mərkəzin rəhbəri Kamran Xıdırov bildirib. Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı xidmətlərini, Azərbaycanının müstəqilliyinin ilk illərində zamanın çətin sınaqlarından məhz Heydər Əliyevin rəhbərliyi altında şərəflə çıxdığını qeyd edib.

O, Ulu Öndər Heydər Əliyevin siyasi xəttini, inkişaf yolunu qətiyyətlə irəli aparan, uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan və Gürcüstan arasında dostluq əlaqələrinin möhkəmlənməsinə istiqamətlənmiş siyasətini xüsusi vurğulayıb.

Tədbirin sonunda qalib Umayra Həsənovaya xatirə hədiyyələri təqdim olunub.

Soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti