I Türk İnteqrasiya Olimpiadasında Gürcüstan azərbaycanlıları da fəal iştirak edib

image

Xəbər verdiyimiz kimi, Bakıda  I Türk İnteqrasiya Olimpiadası (TİO) keçirilib. Olimpiyadaya Gürcüstandakı Azərbaycan məktəblərindən də 6 nəfər şagird qatılıb.

  Tbilisidə fəaliyyət göstərən Alyans Gənnclər Mərkəzinin sədri Leyla Əmrahova bildirib ki, olimpiadaya Gürcüstanın fərqli bölgələrindən altı iştirakçı SOYDAŞ İctimai Birliyinin İdarə Heyətinin sədri Kamran Ramazanlının və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə qatılıblar.

Tədbirə Gürcüstanda yaşayan soydaşlarımızla yanaşı,Türkiyə, Qazaxıstan, Qırğızıstan, QKTC, Özbəkistan və Kərkük türkləri də qatılıb.

Olimpiadada 8 ölkədən 80-dən çox şagird iştirak edib.

Gürcüstan heyəti bu olimpiadada 2 gümüş (Simar Bayramov (Marneuli) Şarabanu Nənəcənova (Bolnisi) və 4 bürünc medal Nəzrin Qəmbərli(Tiflis) Zəhra Əliyeva (Qardabani) Mürsəl Xıdırov (Dmanisi) Zenfira Mamedova(Rustavi) qazanıblar.

 

Soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti