“TurkoVac” peyvəndinin 3-cü sınaqları başladı

image

Türkiyədə yerli istehsal edilən “TurkoVac” adlı koronavirusa qarşı peyvəndin 3-cü kliniki sınaq mərhələsi başlayıb.

Türkiyə mətbuatı xəbər verir ki, sınaq mərhələsi zamanı Erciyes Universitetində könüllülər peyvənd olunub.

Kayseri dövlət xəstəxanasında da sınaqların 3-cü mərhələsi çərçivəsində könüllülərə peyvənd vurulub.

Qeyd edək ki, yeni növ koronavirusa (COVİD-19) qarşı yerli “TurkoVac” peyvəndini Erciyes Universiteti və ölkənin Səhiyyə Nazirliyi yanında Türkiyə Sağlamlıq Qurumları İdarəsi birlikdə hazırlayıb.   /Modern.az/

Soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti