Miller: ABŞ Gürcüstanda etiraz aksiyalarında iştirak etmir
Miller: ABŞ Gürcüstanda etiraz aksiyalarında iştirak etmir
ABŞ Gürcüstanda “xarici agentlər” haqqında qanunun qəbulu fonunda keçirilən etiraz aksiyalarında iştirak etmir.
Soydas.az "Report"un Gürcüstan bürosuna istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
“Gürcüstanda keçirilən etiraz aksiyaları gürcü xalqının öz iradəsinin ifadəsidir. Birləşmiş Ştatların bununla heç bir əlaqəsi yoxdur”, - o əlavə edib.
Xatırladaq ki, Miller daha əvvəl çıxışlarında bildirirdi ki, Birləşmiş Ştatlar tərəddüd etmədən “xarici agentlər” haqqında qanunun qəbuluna görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq edəcək və Gürcüstanla münasibətlərə yenidən baxmağa başlayacaq.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze sanksiyalarla bağlı danışıqları “qeyri-ciddi” adlandırıb.
Soydasaz.kepenekci.net