Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının Bakıda təlimi davam edir
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının Bakıda təlimi davam edir
Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə Bakıda keçirilən “Qafqaz Qartalı - 2024” təlimində qarşıya qoyulan tapşırıqlar uğurla icra olunur.
Müdafiə Nazirliyindən bildirilib ki, təlimin ssenarisinə əsasən, həyəcan siqnalı ilə qaldırılan xüsusi təyinatlılar şərti düşmənin vacib strateji və hərbi obyektlərinə basqın məqsədilə təyin olunmuş məntəqələrə doğru hərəkət edib, əlverişli mövqelərin tutulması üzrə tapşırıqları yerinə yetiriblər.
Soydasaz.kepenekci.net