O, yaradıcılığı, əxlaqı, xarakteri ilə Oğuz idi, Türk idi...
O, yaradıcılığı, əxlaqı, xarakteri ilə Oğuz idi, Türk idi...
Azərbaycanın yaradıcı cameəsi üçün ağır itkidir…
Onillərdir jurnalistikanın cəfasını çəkən və heç vaxt səfasını görməyən, buna can da atmayan Əhməd Oğuz 59 yaşında dünyasını dəyişdi.
Yaradıcılığının böyük hissəsi Azərbaycan Dövlət Radiosunun “Xalq yaradıcılığı” redaksiyasında keçib. Xalq yaradıcılığının, sazın, sözün vurğunu, xalq yaradıcılığı ruhunun davamçısı və parlaq siması idi. Görünüşü ilə Oğuz idi, ruhu ilə Qorqud, qəlbi ilə İnsan.
Bu Vətəni canı-qanı qədər sevən, ona xidmət edən, ancaq heç vaxt əvəz gözləməyən bir Vətəndaş idi Əhməd Oğuz.
Qədimdən-qədim doğma yurdunda ermənilərə dövlət yaratmışlar, sonra da elindən-obasından qaçqın salmışdılar. Ancaq Əhməd Oğuz özündə yaşadırdı Dağ Borçalını… Əhməd Oğuz Azərbaycanın mənəvi sərhədlərini bütövləşdirən insanlardan idi, onu hər kəs özününkü sayırdı. Çünki Əhməd Oğuz min illərə dayanan dil tarixinin canlı səhifəsiydi: o danışanda sanki Dədə Qorqudu dinləyirdin, onun yazılarını oxuyanda sanki Oğuznamələri vərəqləyirdin…
Şair idi, ssenarist idi… Amma bütün yaradıcılığı, xarakteri, əxlaqı ilə Oğuz idi, Türk idi…
Əhməd Oğuzun Özü artıq yoxdur, Sözü isə hər zaman yaşayacaq.
Kult.az mərhum şairin, jurnalistin Sözünü təqdim edir:
Şahlar şahı, qəbul eylə,
Mən divanə gəlmişəm.
Bu fanidən dərsim alıb
Qana-qana gəlmişəm.
Yeddi yerdə, doqquz göydə
Bir ilaha qul oldum-
Qızıl Qurannan don geyib
Bu divana gəlmişəm.
Zəvvar olub zikr eylədim
Dünyanın cəfasını.
Kölgəsi məndən gen düşdü-
Sürmədim səfasını
Ömrümü yellərə verdim-
Bulmadım bahasını
Yeddi dindən dışqarıyam,
Bir imana gəlmişəm.
Əhməd Oğuz, əskik olmaz
Sən tək qulun xatası.
Dost əlindən şərbət deyin
İçdim əcəl badəsi.
Urfum bacalar dolanır,
Cismimdə haqq nidası.
Bir ölmüşdüm, bir dirildim
Bir də cana gəlmişəm.
***
Suyumuz başdan bulandı,
Kor olsun ayrılıqları.
Göz yaşıyla durularsa,
Durulsun ayrılıqları.
Nә çәkdim bu yaşa kimi,
İndi sevmәk peşә kimi.
Sal әlindәn şüşә kimi,
Qırılsın ayrılıqları.
Mәni yerimdәn oynatdı,
Oydu, içimi göynәtdi.
Yenidәn sevmәk öyrәtdi –
Var olsun ayrılıqları...
Soydasaz.kepenekci.net