Belçikalı Türklər qurbanlarını yenə də Azərbaycanda kəsdilər

image

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və Belçika Gent Türk Ocaqlarının fəxri sədri Rəcəb Tuncər Sarının şəxsi təşəbbüsü ilə bu il yenidən Azərbaycanda Belçikalı Türklər tərəfindən 50-ə yaxın qurban kəsilib.

 Soydas.az xəbər verir ki, Azərbaycanda kəsliən qurbanlar Bakı şəhəri ilə yanaşı, Yardımlı, İsmayıllı və Qazax rayonlarını da əhatə edib və kəsiləm qurbanlar 300-dən çox ehtiyacı olan  ailələrinə paylanıb.

 Xatırladaq ki, 2019-cu ildən başlayaraq, hər il Belçikalı Türklər öz qurbanlarını Azərbaycanda kəsməklə, bu vaxtadək ümumilikdə 500-dən çox qurban kəsiblər.

Belçikalı Türklər Azərbaycanla yanaşı, Gürcüstan, Türkmənistan və Afrikada da qurbanlıqlar göndərib, bu ölkələrdə aztəminatlı ailələrə dəstək olublar.

Qeyd edək ki, Belçikada fəaliyyət göstərən Azərbaycan və Türk diaspora təşkilatları Azərbaycan həqiqətlərinin təbliğində də uzun illər aktiv rol oynayıblar.

Eyni zamanda vaxtaşırı ölkəmizdə müxtəlif sosial aksiyaların keçiriblər. Azərbaycanda aztəminatlı ailələrin uşaqları üçün müxtəlif vaxtlarda sosial aksiyalar keçirməklə, aztəminatlı ailələrin uşaqları üçün ayaqqabı, qış geyimləri, məktəbli çantaları və dəftərxana ləvazimatları da göndəriblər.

Ötən illər ərzində Azərbaycanda bir neçə sosial aksiya keçirən Belçikalı Türklər Ramazan Bayramında da aztəminatlı ailələri unutmayıb, 500-ə yaxın ailəyə Ramazan payı təqdim ediblər. 44 günlük Qarabağ savaşının sonunda qazanılan qələbə münasibətilə belçikalı tələbələr Azərbaycanda 55 ədəd Zəfər qurbanları kəsib, ehtiyac sahiblərinə paylayıblar.

 Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi bildirib ki, diaspor işi sadəcə olaraq, ictimai-siyasi yox, eyni zamanda mənəvi bir məsələdir və biz hər mənada millətimizin yanında olmağı özümüzün müqəddəs vəzifəsi bilirik.

Bu sosial aksiyaların təşkilatçılarından biri olan Gent Türk Ocağının fəxri sədri Rəcəb Tuncər Sarı da bildirib ki, bu cür sosial aksiyaları keçirməklə biz Azərbaycanlı qardaşlarımızın yanlarında olduğumuzu bildirmək istəyirik. “Çox ağır zamanları geridə qoymuşuq, bu gün Azərbaycan öz torpaqlarını işğaldan tam olaraq azad edib, hər vasitəylə biz də azərbaycanlı qardaşlarımızın yanında olmağa çalışırıq”.

Soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti