Rusiya ATƏT Parlament Assambleyasında iştirakını dayandırır

image

Rusiya Federasiya Şurası və Dövlət Duması Rusiyanın ATƏT Parlament Assambleyasının fəaliyyətində iştirakının dayandırılması və ödənişlərin dayandırılması barədə qərar hazırlayacaq.

Soydas.az APA-nın Moskva müxbirinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko bildirib.

O, ATƏT Parlament Assambleyasında iştirakın dayandırılması qərarını dəstəkləyib və təşkilatın qeyri-obyektivliyini qeyd edib.

Qeyd edək ki, daha əvvəl senator Vladimir Cabarov Rusiyanın ATƏT PA-da iştirakının dayandırılması ideyası ilə çıxış edərək, bu mövqenin Dövlət Duması ilə razılaşdırıldığını açıqlayıb.

Soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti