Vəkillər Kollegiyası tanınmış vəkil Polad Mehdiyevi təltif edib
Vəkillər Kollegiyası tanınmış vəkil Polad Mehdiyevi təltif edib
İyunun 21-də “Badamdar Estates” mehmanxanasında “İnsan hüquqları aylığı” ilə bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman), Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, habelə KİV nümayəndələrinin iştirakı ilə Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.
Soydas.az xəbər verir ki, tədbirdə Kollegiya sədri Anar Bağırov çıxış edərək, Azərbaycanda vəkilliyin tarixindən, inkişafından və getdikcə daha da yüksələn nüfuzundan danışıb. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan vəkilliyinin bu gün daha da böyüdüyünü, gücləndiyini və vətəndaşların hüquqi yardıma çatımlılığının tam təmin edildiyini vurğulayıb.
Daha sonra tədbirdə vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vuran ümumilikdə 51 namizəd vəkil andı içərək, Kollegiyaya qəbul olunublar. Beləliklə, ölkədə vəkillərin sayı 2502 nəfərə çatıb.
Daha sonra ARVK Rəyasət Heyətinin qərarına əsasən, Kollegiya ilə Ombudsman təsisatının birgə əməkdaşlığında verdiyi xüsusi töhfəyə görə Səbinə Əliyeva “Azərbaycan vəkilliyinin 100 illiyi” yubiley döş nişanı ilə təltif edilib, ona gələcək fəaliyyətində uğurlar arzulanıb.
Tədbirdə fəaliyyətləri dövrlərində fərqlənən və yubileylərini qeyd edən Kollegiyanın bir sıra üzvləri də mükafatlandırılıb. Onların arasında “Arbitrum” Vəkil Bürosunun rəhbəri, tanınmış vəkil Polad Mehdiyev də olub. O, Vəkillər Kollegiyasının sədri Anar Bağırov tərəfindən səmərəli vəkillik fəaliyyətinə görə və 40 illik yubileyi münasibətilə “Fəxri Fərman”la təltif olunub.
Soydasaz.kepenekci.net