Qazaxıstan və Avropa İttifaqı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Qazaxıstan və Avropa İttifaqı arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell arasında görüş keçirilib.
Qazaxıstan mediasının məlumatına görə, görüşdə Qazaxıstan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Görüşdə həmçinin dünyada baş verən son vəziyyət, o cümlədən Mərkəzi Asiya ölkələri arasında regional əməkdaşlıq ətrafında fikir mübadiləsi də aparılıb.
Soydasaz.kepenekci.net