Qazaxıstanın müdafiə naziri Azərbaycanda səfərdədir

image

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Qazaxıstan Respublikasının müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün bu gün ölkəmizə səfər edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində ölkələrimiz arasında hərbi əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərin müzakirəsi planlaşdırılıb.

Soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti