Gürcüstandakı azərbaycandilli məktəblərə dərsliklər göndərilib

image

Elm və Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üçün Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərə dərsliklər göndərib. Dərsliklər bu gün Azərbaycanın Gürcüstandakı Səfirliyinin vasitəçiliyi ilə Təhsil və Elm Nazirliyinə təqdim edilib.

Səfirliyinin məlumatına əsasən, Gürcüstan tərəfinə 18 adda 23 960 ədəd Ana dili və ədəbiyyatı dərsliyi çatdırılıb. Bu dərsliklər Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən azərbaycandilli məktəblərə paylanacaq.

Bu günədək Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı soydaşlarımıza 650 mindən çox dərslik və digər metodik vəsaitlər göndərilib.

Soydasaz.kepenekci.net

Paylaş:

Xəbər lenti