“Türk dünyasına xidmət ödülləri”nin sahibləri bəlli oldu
“Türk dünyasına xidmət ödülləri”nin sahibləri bəlli oldu
Valeh Hacılar Beynəlxalq Elm və Mədəni Araştırmalar Vəqfi 2021-ci il üçün “Türk dünyasına xidmət ödülləri”nin sahiblərini açıqlayıb.
Vəqfdən “Soydas.az”a verilən məlumata görə, akademik Valeh Hacıların xatirəsinə təsis edilən bu üstün ödülə bu il Prof.dr. Peter Zieme (Almaniya), Prof.dr. Selçuk Kırlı (Türkiyə), dr. Hao Chen (Çin), uz. Ramazan Avcı (Türkiyə) layiq görülüblər.
Xatırladaq ki, Vəqf tərəfindən 2012-ci ildən təqdim olunan bu mükafatlar hər il bütün dünyadan türkologiya sahəsində fərqlənən şəxslərə verilir.
Soydasaz.kepenekci.net